KƏMALƏ ABDURAHMANOVA

Uşağınızla eyni duyğuları bölüşə bilirsinizmi?

Uşağınızla eyni duyğuları bölüşə bilirsinizmi?

KƏMALƏ ABDURAHMANOVA

Uşaqlar yaxşı, pis hər davranışlarında ata və analarını yanlarında görmək istəyər, ən böyük dəstəyin valideynlərindən olmasına ehtiyac duyarlar. Ailə içində öz hiss və duyğularını, düşüncələrini rahat bir şəkildə ifadə edən, bölüşən, söyləyə bilən uşaqlar sağlam bir psixologiyada böyüyür. Belə ailələr hər hansı bir problemlə rastlaşdığı zaman bu problemi ailəliklə həll etməyə çalışar, hansısa bir qərarı verdikləri zaman uşaqlara da söz haqqı verərlər. Belə demək mümkün olarsa bu ailələr demokratik ailə hesab oluna bilər. Burada böyüyən uşaqlar qərarlarında sərbəstdir, eyni zamanda  ailəsində qəbul edilən və ya qəbul edilməyən sərhədləri biləndir. Yəni uşaq bu sərhədlərin içərisində sərbəstdir.
Uşaqlar örnək olaraq valideynlərini əsas götürər. Çox vaxt valideynlərini izləyər, onlar kimi olmağa çalışarlar. Bunun üçün uşaqda görmək istəmədiyiniz davranışın sizdə olub olmadığına nəzər salın. Əgər sizdə də eyni davranış varsa ilk olaraq bu davranışı siz tərk ettəniz yaxşı olar. Uşağa öyüd-nəsihətdən daha təsirli olan sizin davranışınız, həyat tərziniz ola bilər. Uşağınız sizinlə nə isə bir problemini, marağında olduğu bir hadisəni ya da sizin hirslənmənizə səbəb olacaq bir şeyi danışmaq, soruşmaq istərsə onun sözünü kəsməyərək dinləyin. Bəlkə o anda cəsarətini toplayıb  ona qaranlıq qalan suallarına cavab və ya çıxış yolu axtarır və bunu sizinlə bölüşmək istəyir. Əslində valideyn belə hallarda sevinməlidir ki, övladı doğruları, dəsdəklənməyi, güvənməyi onda axtarır. Bu zaman valideynin tutumu çox önəmlidir. Onu səbrlə dinləyərək, suallarına yaşına uyğun doğru cavablar verərək yönləndirə bilərsiniz. Əks halda övladınız bu suallarına cavabları başqa yerlərdə axtara bilər. Misal üçün internetdə, sosial şəbəkələrdə, məktəbdə özü qədər anlayan dostlarında və s. Uşağınızın düşüncələrini, duyğularını, suallarını başqa insanlarla bölüşməyini istəmirsinizsə onlara mühakimə etmədən, qınamadan, səbrlə, təmkinlə yanaşın. Onların səhvlərini üzlərinə vurmayın. Səhvlərini düzəltmələrinə fürsətlər verin. Sizi sevindirən gözəl, doğru davranışları zaman onları tərifləyib, yeni gözəl davranışlara həvəsləndirə bilərsiniz. Uşaqları dostlarının, sinif yoldaşlarının yanında danlamayın. Çox danlanan, səhvləri tez tez üzünə vurulan uşaqlar böyüdükcə özlərini güvənsiz, dəyərsiz hiss edər, sevgini, güvəni başqa yerlərdə axtara bilərlər. Gəlin bu sevgini, dəyəri, güvəni, hüzuru övladlarımıza biz verək...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top