Növbəti tenderin qalibi “sirli ünvan”da yerləşən “Levlon” oldu - MÜƏMMA


Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Levlon as Constraksen” MMC olub.
Yeniavaz.com xəbər verir ki, “Levlon as Constraksen” MMC Sumqayıt Tibb Kollecinin sifarişi ilə bu quruma  kommunal xidmətlər göstərəcək.
Göstəriləcək xidmətlərin qarşılığında üçün Sumqayıt Tibb Kolleci “Levlon as Constraksen” MMC-yə 11 min 250 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “Levlon as Constraksen” MMC 5 ay əvvəl – 24.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Açıq internet resurslarda barəsində heç bir məlumat olmayan MMC “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72”ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi İbrahimova İsmət Allahverdi qızıdır.
Eyni ünvanda, eyni gündə və eyni nizamnamı kapitalı ilə qanuni təmsilçisi  İbrahimova İsmət Allahverdi qızı olan daha 2 şirkət - “Levon as Qrup”” MMC və “Levon as Ltd” MMC də dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri də odur ki, avqust-sentyabr aylarında “Levlon as Constraksen” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan 5 şirkətin qanuni təmsilçisi Hüseynov Kamran Ayrım oğlu, 4 şirkətin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur.
Bundan başqa həmin ünvanda qeydə alınan bütün şirkətlərin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var. 
Avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında dövlət qeydiyyatına alınan şirkətlərin bəziləri bunlar olub:
Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
"Sansetka az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
"Sansetka az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
"Sansetka az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
“Lıman az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
“Geoman az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 31.08.2020
“Parameks az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Parameks az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Parameks az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Rofland tc Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Veton as” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Veton Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Veton Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Levlon as Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Levlon as Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Levlon as Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Senteral tıkıntı Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Məmiyev Anar Məjuəli 13.08.2020
“Dubloks Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Məmiyev Anar Məjuəli 13.08.2020
“Askom ts Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Quliyev Qüdrət Soltan 12.08.2020
“Human az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Quliyev Qüdrət Soltan 12.08.2020
“Tropıka az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Sansekto ts Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Hüner Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Hüner az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Egefon tc Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Aktual az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Formula az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Verta az” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Verta az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 7.09.2020
“Verta az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Verta az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Fokus az” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Fokus az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Fokus az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Mugan az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Pramıda az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Konus as Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Lubro az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Talıbov Sahib Xudaverdi 7.09.2020
“Lubro az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Talıbov Sahib Xudaverdi 7.09.2020
“Toksun az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Parlon az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Vulkan tt Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Muskat az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 8.08.2020
“Semıral az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 8.09.2020
“Alben az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 10.09.2020
“Okean az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Skvortsov Arkadiy Sergeyeviç 8.09.2020
“Seman az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 8.09.2020
“Sultan az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 8.09.2020
“Tamer az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 10.09.2020
“Yarımca” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Qurbanov Ruslan Rufan 21.09.2020
“Mandı-LM” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Qurbanov Ruslan Rufan 21.09.2020










































































































Cəmi 2-3 ay əvvəl yaranan, barələrində açıq internet resuslarda heç bir məlumat olmayan, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Aşağıdakı linklərə daxil olaraq bu ilin avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında qeydiyyata alınan və 1-2 aydan sonra tender müsabiqələrinin qalibi olan şirkətlərlə tanış ola bilərsiniz:

39 min manatlıq tenderin “tanış” qalibi... – FAKTLAR

“Sirli ünvan”dakı şirkətlər üzə çıxmağa başladı – İlk şirkət 75 min manat uddu – FOTOFAKT

Azərbaycanda daha bir “sirli ünvan” üzə çıxdı – SİYAHI

Mədəniyyət Nazirliyi taxta qırıntısı üçün bu şirkətə 60 min manat ödədi – Müəmmalı əməliyyat

Bakıdakı “sirli ünvanlar” 100 minləri dövlət vəsaitini "udmağa" davam edir – FOTOFAKT

AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT – FOTOLAR

“Sirli ünvan”ın bu dəfəki “qonağı” Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu oldu - FAKTLAR

A. Cəfərov

 

DİGƏR XƏBƏRLƏR

Top