“Tovuz Diaqnostika və Hemodializ Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Pramida az Ltd” MMC-yə (VÖEN: 1805008611) olub.
“Tovuz Diaqnostika və Hemodializ Mərkəzi” mətbəə məhsulları üzrə xərclərin satınalınması üçün “Pramida az Ltd” MMC -yə 39 min 295 manat ödəyəcək.
Məlumat üçün qeyd edək ki, “Pramida az Ltd” MMC müsabiqə elanından cəmi 3 ay əvvəl – 07.09.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72”-də yerləşir. “Pramida az Ltd” MMC-nin qanuni təmsilçisi Hacıyev Nazim Vəli oğludr.
Eyni ünvanda, eyni gündə və eyni nizamnamı kapitalı ilə qanuni təmsilçisi Hacıyev Nazim Vəli oğlu olan daha 2 şirkət - “Mugan az Constraksen” MMC və “Konus as Qrup” MMC də dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri də odur ki, avqust-sentyabr aylarında “Pramıda az Ltd” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan 5 şirkətin qanuni təmsilçisi Hüseynov Kamran Ayrım oğlu, 4 şirkətin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur.
Bundan başqa həmin ünvanda qeydə alınan bütün şirkətlərin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var.
Avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında dövlət qeydiyyatına alınan şirkətlərin bəziləri bunlar olub:
Adı | Ünvan | Nizamnamə kapitalı | Qanuni təmsilçi |
Qeydiyyat tarixi |
"Sansetka az Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Hüseynov Kamran Ayrım | 27.08.2020 |
"Sansetka az Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Hüseynov Kamran Ayrım | 27.08.2020 |
"Sansetka az Qrup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Hüseynov Kamran Ayrım | 27.08.2020 |
“Lıman az Grup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Hüseynov Kamran Ayrım | 27.08.2020 |
“Geoman az Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Hüseynov Kamran Ayrım | 31.08.2020 |
“Parameks az Qrup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Həmidov Ədalət Ələskər | 27.08.2020 |
“Parameks az Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Həmidov Ədalət Ələskər | 27.08.2020 |
“Parameks az Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Həmidov Ədalət Ələskər | 27.08.2020 |
“Rofland tc Grup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Həmidov Ədalət Ələskər | 27.08.2020 |
“Veton as” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Mustafayev Ədalət Mahmud | 24.08.2020 |
“Veton Qrup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Mustafayev Ədalət Mahmud | 24.08.2020 |
“Veton Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Mustafayev Ədalət Mahmud | 24.08.2020 |
“Levon as Qrup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | İbrahimova İsmət Allahverdi | 24.08.2020 |
“Levon as Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | İbrahimova İsmət Allahverdi | 24.08.2020 |
“Levon as Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | İbrahimova İsmət Allahverdi | 24.08.2020 |
“Senteral tıkıntı Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Məmiyev Anar Məjuəli | 13.08.2020 |
“Dubloks Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Məmiyev Anar Məjuəli | 13.08.2020 |
“Askom ts Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Quliyev Qüdrət Soltan | 12.08.2020 |
“Human az Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Quliyev Qüdrət Soltan | 12.08.2020 |
“Tropıka az Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Dövlətov Nizamətdin Ələskər | 6.08.2020 |
“Sansekto ts Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Dövlətov Nizamətdin Ələskər | 6.08.2020 |
“Hüner Qrup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Dövlətov Nizamətdin Ələskər | 6.08.2020 |
“Hüner az Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Salmanov Kənan Əhəd | 21.09.2020 |
“Egefon tc Grup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Salmanov Kənan Əhəd | 21.09.2020 |
“Aktual az Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Salmanov Kənan Əhəd | 21.09.2020 |
“Formula az Qrup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Salmanov Kənan Əhəd | 21.09.2020 |
“Verta az” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Əlizadə Rəfail Faiq | 4.09.2020 |
“Verta az Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Əlizadə Rəfail Faiq | 7.09.2020 |
“Verta az Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Əlizadə Rəfail Faiq | 4.09.2020 |
“Verta az Qrup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Əlizadə Rəfail Faiq | 4.09.2020 |
“Fokus az” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Verdiyev Şahin Zahid | 4.09.2020 |
“Fokus az Grup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Verdiyev Şahin Zahid | 4.09.2020 |
“Fokus az Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Verdiyev Şahin Zahid | 4.09.2020 |
“Mugan az Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Hacıyev Nazim Vəli | 7.09.2020 |
“Pramıda az Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Hacıyev Nazim Vəli | 7.09.2020 |
“Konus as Qrup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Hacıyev Nazim Vəli | 7.09.2020 |
“Lubro az Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Talıbov Sahib Xudaverdi | 7.09.2020 |
“Lubro az Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Talıbov Sahib Xudaverdi | 7.09.2020 |
“Toksun az Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Ağayev Şahin Şahmurad | 8.09.2020 |
“Parlon az Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Ağayev Şahin Şahmurad | 8.09.2020 |
“Vulkan tt Grup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Ağayev Şahin Şahmurad | 8.09.2020 |
“Muskat az Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Abdullayev Emin Rüstəm | 8.08.2020 |
“Semıral az Qrup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Abdullayev Emin Rüstəm | 8.09.2020 |
“Alben az Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Abdullayev Emin Rüstəm | 10.09.2020 |
“Okean az Grup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Skvortsov Arkadiy Sergeyeviç | 8.09.2020 |
“Seman az Qrup” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Hüseynov Əfqan Aslan | 8.09.2020 |
“Sultan az Ltd” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Hüseynov Əfqan Aslan | 8.09.2020 |
“Tamer az Constraksen” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Hüseynov Əfqan Aslan | 10.09.2020 |
“Yarımca” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Qurbanov Ruslan Rufan | 21.09.2020 |
“Mandı-LM” | 2-ci Zabrat dairəsi ev.133 m.72. | 10 manat | Qurbanov Ruslan Rufan | 21.09.2020 |
Cəmi 2-3 ay əvvəl yaranan, barələrində açıq internet resuslarda heç bir məlumat olmayan, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Aşağıdakı linklərə daxil olaraq bu ilin avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında qeydiyyata alınan və 1-2 aydan sonra tender müsabiqələrinin qalibi olan şirkətlərlə tanış ola bilərsiniz:
“Sirli ünvan”dakı şirkətlər üzə çıxmağa başladı – İlk şirkət 75 min manat uddu – FOTOFAKT
Azərbaycanda daha bir “sirli ünvan” üzə çıxdı – SİYAHI
Mədəniyyət Nazirliyi taxta qırıntısı üçün bu şirkətə 60 min manat ödədi – Müəmmalı əməliyyat
Bakıdakı “sirli ünvanlar” 100 minləri dövlət vəsaitini "udmağa" davam edir – FOTOFAKT
AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT – FOTOLAR
“Sirli ünvan”ın bu dəfəki “qonağı” Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu oldu - FAKTLAR
A. Cəfərov