Bakıdakı “sirli ünvanlar” 100 minləri dövlət vəsaitini "udmağa" davam edir - FOTOFAKT


N saylı hərbi hissə tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Sansetka Az Qrup” MMC olub.
N saylı hərbi hissə su altı dəmir dəstin satın alınması üçün “Sansetka Az Qrup” MMC -yə 246 min 409 manat 13 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, N saylı hərbi hissə müsabiqə elanını noyabr ayının 6-da elan edib. 246 min manatlıq tender müsabiqəsinin qalibi olan “Sansetka Az Qrup” MMC  bu elandan təxminən 2 ay əvvəl – avqust ayının 27-də dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri də odur ki, avqust ayında “Sansetka Az Qrup” MMC-nin  dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi “Sansetka Az Qrup” MMC-nin qanuni təmsilçisi ilə eyni şəxs olub. Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan “Sansetka Az Qrup” MMC-nin qanuni təmsilçisi Hüseynov Kamran Ayrım oğlu eyni zamanda 5 şirkətin rəhbəri olub.
Bundan başqa həmin ünvanda qeydə alınan bütün şirkətlərin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var. 
Avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
"Sansetka az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
"Sansetka az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
"Sansetka az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
“Lıman az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
“Geoman az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 31.08.2020
“Parameks az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Parameks az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Parameks az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Rofland tc Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Veton as” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Veton Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Veton Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Levon as Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Levon as Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Levon as Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Senteral tıkıntı Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Məmiyev Anar Məjuəli 13.08.2020
“Dubloks Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Məmiyev Anar Məjuəli 13.08.2020
“Askom ts Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Quliyev Qüdrət Soltan 12.08.2020
“Human az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Quliyev Qüdrət Soltan 12.08.2020
“Tropıka az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Sansekto ts Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Hüner Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Hüner az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Egefon tc Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Aktual az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Formula az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Verta az” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Verta az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 7.09.2020
“Verta az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Verta az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Fokus az” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Fokus az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Fokus az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Mugan az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Pramıda az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Konus as Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Lubro az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Talıbov Sahib Xudaverdi 7.09.2020
“Lubro az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Talıbov Sahib Xudaverdi 7.09.2020
“Toksun az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Parlon az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Vulkan tt Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Muskat az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 8.08.2020
“Semıral az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 8.09.2020
“Alben az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 10.09.2020
“Okean az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Skvortsov Arkadiy Sergeyeviç 8.09.2020
“Seman az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 8.09.2020
“Sultan az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 8.09.2020
“Tamer az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 10.09.2020
“Yarımca” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Qurbanov Ruslan Rufan 21.09.2020
“Mandı-LM” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Qurbanov Ruslan Rufan 21.09.2020
 












































































































Xatırladaq ki, N saylı hərbi hissənin bir ay əvvəl keçirdiyi tender müsabiqəsinin qalibi “Ruklon Az Ltd” MMC olub. N saylı hərbi hissə tərsanə üçün mal-materialın və ehtiyyat hissələrinin satın alınması üçün “Ruklon Az Ltd” MMC -yə 192 min 651 manat 56 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, N saylı hərbi hissə müsabiqə elanını oktyabr ayının 22-də elan edib. 192 min manatlıq tender müsabiqəsinin qalibi olan “Ruklon Az Ltd” MMC  bu elandan təxminən bir ay əvvəl – sentyabr ayının 11-də dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri də odur ki, “Ruklon Az Ltd” MMC -nin  dövlət qeydiyyatına alındığı ünvanda da yaxın tarixlərdə bir-neçə şirkət qeydiyyata alınıb və bu şirkətlərin qanuni təmsilçiləri də eyni şəxslər olub.
“Ruklon Az Ltd” MMC ilə birgə “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
“Ruklon az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Skvortsov Arkadiy Sergeyeviç 11.09.2020
“Elfın TC” Məşədi Hilal Kazımov ev 40 10 manat Skvortsov Arkadiy Sergeyeviç 11.09.2020
“Ruklon az Qrdup” Məşədi Hilal Kazımov ev 40 10 manat Skvortsov Arkadiy Sergeyeviç 11.09.2020
“Bıqfın az Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Skvortsov Arkadiy Sergeyeviç 11.09.2020
“Rekor RT” Məşədi Hilal Kazımov ev 40 10 manat Denisov Dmitriy Valeryeviç 15.09.2020
“Ambra az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Denisov Dmitriy Valeryeviç 15.09.2020
“Mılber az Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Denisov Dmitriy Valeryeviç 15.09.2020
“Alkantra az Grup” Məşədi Hilal Kazımov ev 40 10 manat Denisov Dmitriy Valeryeviç 15.09.2020
“Celsum az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Yusifov Adıgözəl Mənsur 11.08.2020
“Geo ts Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Yusifov Adıgözəl Mənsur 11.08.2020
“Enlot Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat İbrahimova Aytən Vüqar 20.08.2020
“Furusko Qrup” Məşədi Hilal Kazımov ev 40 10 manat İbrahimova Aytən Vüqar 20.08.2020
“Valrum Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat İbrahimova Aytən Vüqar 20.08.2020
“Pomen as Constraksen” Məşədi Hilal Kazımov ev 40 10 manat Abdullayev Cavidan Elçin 20.08.2020
“Tablo az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Səlimov Kənan Əhəd 21.09.2020
“Cenub az Ltd” Məşədi Hilal Kazımov ev 40 10 manat Əhmədov Fuad Elxan 21.09.2020
 
Onu da bildirək ki, N saylı hərbi hissə son 3 ayda daha 3 tender müsabiqəsi keçirib. Bu tenderlərdə diqqət çəkən məqam odur ki, bütün tederlərdə qalib olan şirkətlər bir-iki ay əvvəl yaranan şirkətlər olub.
189 min 800 manatlıq tenderin qalibi – “Aysom az Ltd” MMC 29.07.2020-ci il tarixində,
187 min 605 manatlıq tenderin qalibi – “Sarmerdi” MMC 13.08.2020-ci il tarixində,
188 min 548 manatlıq tenderin qalibi – “Mardon Servis” MMC isə 10.08.2020-ci il tarixində dövlət qeydiyyaına alınıblar.
Diqqət çəkən məqamlardan biri də, “Ruklon Az Ltd” MMC-nin qanuni təmsilçisi Skvortsov Arkadiy Sergeyeviç “Aysom az Ltd” MMC və “Sansetka Az Qrup” MMC-nin qeydiyyatda olduğu - “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda da başqa bir şirkəti qeydiyyatdan keçirməsidir. 08.09.2020-ci il tarixində Skvortsov Arkadiy Sergeyeviç “2-ci Zabrat dairəsi ev.133 m.72” ünvanında “Okean az Grup” adlı şirkəti qeydiyyatdan keçirib.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir-iki ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

 A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top