Bu gün tender elan edir, sabah vaxt başa çatır, qalib isə 2 aylıq şirkət olur - FOTOFAKT


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 22 min 5 manat  dəyərində tender müsabiqəsinin qalibi “Maryam Holding” MMC olub.
“Maryam Holding” MMC Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə istehlakyönlü müxtəlif xidmətlər satacaq.
Qeyd edək ki, “Maryam Holding” MMC cəmi 3 ay əvvəl – 02.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan “Maryam Holding” MMC -nin qanuni təmsilçisi Hacızadə Samirə Faiq qızıdır. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nematulla, ev 73, m. 12 ünvanında qeydiyyatda olan şirkət haqqında açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Onu da bildirək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin istehlakyönlü müxtəlif xidmətlər satın alınması ilə bağlı kotirovka sorğusunu 04.05.2020-ci il tarixində elan edib. Elanda qeyd olunub ki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 05.05.2020 –ci il saat 10:00 tarixinədək qəbul olunur. Göründüyü kimi kotirovka sorğusunda iştirak etmək üçün podratçılara cəmi 1 gün vaxt verilir. Bir gün ərzində podratçılar sənədlərini hazırlayıb tender komissiyasına təqdim etməlidirlər.

 
BƏNZƏR YAZILAR…

5 ay əvvəl yaranan şirkət 158 min manatlıq tenderin qalibi oldu – Gəncədə…

Bir aylıq şirkətlər İcra Hakimiyyətinin 730 min manatlıq tenderində qalib oldular - FOTOFAKT

Altı ay əvvəl yaranan şirkət 8 milyon manalıq tenderin qalibi olub

Bu dövlət qurumlarının "tender" müəmması: Layihələr bir aylıq şirkətlərə həvalə olunur - SİYAHI

 
 

DİGƏR XƏBƏRLƏR

Top