Altı ay əvvəl yaranan şirkət 8 milyon manalıq tenderin qalibi olub


Milli Onkologiya Mərkəzinin elan etdiyi tenderin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 5 milyon 799 min 992 manat 37 qəpik  dəyərində tender müsabiqəsinin qalibi “Solamedical” MMC olub.
“Solamedical” MMC Milli Onkologiya Mərkəzinə dərman, sarğı ləvazimatları və materialları satacaq.
Qeyd edək ki, “Solamedical” MMC  bir ay əvvəl Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Dərman preparatlarının və sarğı materiallarının satın alınması” məqsədilə keçirdiyi tenderin də qalibi olub. Bu tenderin nəticəsində  Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Solamedical” MMC-yə 2 milyon 89 min 954 min 41 qəpik ödəyəcək.  
Maraqlıdır ki, son bir ay ərzində iki qurumdan təxminən 8 milyon manatlıq tender udan “Solamedical” MMC  cəmi 6 ay əvvəl dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan “Solamedical” MMC-nin qanuni təmsilçisi Novruzova Şəhla Mustafa qızıdır.  
Qeyd olunan tender müsabiqələrindən başqa “Solamedical” MMC –nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra 8 milyon manatlıq tender udan şirkətin nə veb-saytı, nə də sosial şəbəkələrdə hesabı yoxdur.

 

DİGƏR XƏBƏRLƏR

Top