5 ay əvvəl yaranan şirkət 158 min manatlıq tenderin qalibi oldu – Gəncədə…


Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin elan etdiyi tenderin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 158 min 122 manat 36 qəpik  dəyərində tender müsabiqəsinin qalibi “The First Holding” MMC olub.
“The First Holding” MMC Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə təsərrüfat malları və avtomobil ehtiyyat  hissələri satacaq.
Qeyd edək ki, “The First Holding” MMC cəmi 5 ay əvvəl – 16.12.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan “The First Holding” MMC -nin qanuni təmsilçisi Zeynalova Humay Tofiq qızıdır. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 78, m. 21 ünvanında qeydiyyatda olan şirkət haqqında açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Onu da bildirək ki, tender müsabiqəsində iştirak edə bilmək üçün iştirakçılardan tələb olunan sənədlər arasında son 1 ildəki maliyyə vəziyyətilə bağlı arayış tələb olunur. "The First Holding” MMC isə cəmi 5 ay əvvəl dövlət qeydiyyatına alınıb.
 
BƏNZƏR YAZILAR…

Bir aylıq şirkətlər İcra Hakimiyyətinin 730 min manatlıq tenderində qalib oldular - FOTOFAKT

 

Altı ay əvvəl yaranan şirkət 8 milyon manalıq tenderin qalibi olub

 

Bu dövlət qurumlarının "tender" müəmması: Layihələr bir aylıq şirkətlərə həvalə olunur - SİYAHI


 

DİGƏR XƏBƏRLƏR

Top