
Xəbər verdiyimiz kimi, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Apache” helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı üzərində qəzaya uğrayan “Apache” helikopterini İran vurub və ABŞ bu hücuma cavab verəcək.
Yeniavaz.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “Apache” helikopterinin vurulmasına cavab olaraq İrana qarşı özünümüdafiə zərbələri endirildiyini bəyan edib.
Əməliyyat 4 saat davam edib və daha sonra CENTCOM məlumat yayaraq zərbələrin tamamlandığını açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz