
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Apache” helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, helikopterdə olan iki ekipaj üzvü xilas edilib.
Amerika nəşri bildirib ki, helikopterin İran tərəfindən vurulduğu, texniki nasazlıq nəticəsində qəzaya uğradığı, yoxsa, qəzaya başqa bir problemin səbəb olduğu məlum deyil.
Mənbələrdən biri hazırda hadisənin araşdırıldığını bildirib.
Qəza regionda eskalasiya və döyüşlərin azalmasından, İsrail və İranın qarşılıqlı zərbələr endirməsindən bir gün sonra baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz