“Helikopterimizi İran vurub” − Tramp


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı üzərində qəzaya uğrayan “Apache” helikopterini İran vurub. 
Yeniavaz.com xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında yazıb. 
O, həmçinin hesab edir ki, Amerika tərəfi buna cavab verməlidir:
“Gözəl hərbçilərimiz mənə məlumat verdilər ki, dünən gecə iranlılar Hörmüz boğazı üzərində patrul xidməti apararkən ən müasir “Apache” helikopterlərimizdən birini vurublar. Hər iki pilot sağ-salamatdır. Buna baxmayaraq, ABŞ bu hücuma cavab verməli olacaq”.
Qeyd edək ki, daha əvvəl ABŞ ordusu Hörmüz boğazı yaxınlığında “Apache” Amerika helikopterinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top