
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin müharibəyə son qoymaq istəmədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, teleqram kanalında Rusiya prezidentinin açıq məktubuna verdiyi cavabı şərh edib.
“Təəssüf ki, Rusiya tərəfi yenidən müharibəni seçir - hamı bugünkü cavabı eşitdi. Zəif cavab. O, sadəcə müharibəyə son qoymaq istəmir. Düşünürəm ki, dünyada bir çox insan bu cavabdan məyus olub. O, heç nəyi dəyişdirmək istəmir və müharibəsindən yalnız özü və ondan pul qoparanlar zövq alır - bu gün hamısı gülümsəyirdi. Bu o deməkdir ki, Rusiyanın daha az pulu olmalıdır və Rusiyaya təzyiq artmalıdır. Bizə kömək edən hər kəsə təşəkkür edirəm! Ukraynanın yanında olan, əsl sülh istəyən hər kəsə təşəkkür edirəm”, - Ukrayna prezidenti yazıb.
Xatırladaq ki, iyunun 4-ü Zelenski Putinə açıq məktub dərc edib. Orada o, müharibəyə son qoymaq üçün Rusiya prezidenti ilə şəxsi görüş təklif edib.
Növbəti gün Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edərək bildirib ki, indi Zelenski ilə görüşməyin mənası yoxdur. Onun sözlərinə görə, Ukrayna bu yolla Rusiya ordusunun irəliləməsini dayandırmaq istəyir.
Tətbiqimizi yükləyə bilərsiniz