
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin bu yaxınlarda paylaşdığı məktuba cavab verib.
Yeniavaz.com xəbər verir ki, Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bu barədə danışıb.
Dövlət başçısı qeyd etdi ki, bu halda məktubun müəlliflərinə və epistolyar janrın həvəskarlarına yox, təmas xəttindəki rus əsgərlərinə müraciət etmək lazımdır:
“Və onlara müraciət edərək demək istəyirəm: Yoldaş əsgərlər və matroslar, yoldaş gizirlər və pristavlar, yoldaş zabitlər, admirallar və generallar, bütün ölkə sizə baxır, bütün ölkə sizinlə fəxr edir və sizə ümid edir. İşləməyə davam edin, qardaşlar!”.
Tətbiqimizi yükləyə bilərsiniz