Zelenski Putinə açıq məktub yazdı


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə açıq məktub yazıb.
Yeniavaz.com
xəbər verir ki, sənəd Ukrayna prezidentinin saytında dərc edilib.
O, sənəddə Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlara başlamağı və münaqişənin sona çatdırılmasını müzakirə etmək üçün üzbəüz görüş keçirməyi təklif edib.
Zelenski bildirib ki, Ukrayna danışıqlar müddətində tam atəşkəsə hazırdır və ABŞ-nin atəşkəsə nəzarət edə biləcəyinə inanır.
Kiyev həmçinin “hamını hamıya” prinsipli məhbus mübadiləsi, mülki şəxslərin və uşaqların qaytarılması və daha sonra uzunmüddətli təhlükəsizlik zəmanətlərinin müzakirəsini təklif edir.
Məktubda Zelenski görüşün konkret tarixini təyin etməyi təklif edib və qeyd edib ki, bu, İsveçrədə, Türkiyədə və ya ərəb ölkəsində baş tuta bilər. O əlavə edib ki, ABŞ və Avropa ölkələri sonradan gələcək razılaşmaların potensial qarantı kimi ikitərəfli formata qoşula bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top