Marina Ovsyannikovaya cinayət işi açıldı


Rusiya İstintaq Komitəsi Birinci Kanalın keçmiş redaktoru Marina Ovsyannikovaya qarşı Rusiya ordusu haqqında dezinformasiyanın yayılması ilə bağlı cinayət işi açıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Dmitri Zaxvatov məlumat verib.
“Rusiya İstintaq Komitəsində Ovsyannikovaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə (Rusiya Federasiyası Silahlı Qüvvələrinin tətbiqi ilə bağlı bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması) cinayət işi başlanıb. İndi onu sorğu-sual üçün idarənin əsas binasına aparırlar”, - vəkil bildirib.
Qeyd edək ki, martın 14-də M. Ovsyannikova Rusiyanın “Birinci kanal”ının canlı efirində müharibə əleyhinə plakat açıb. Moskvanın Ostankino Məhkəməsi Ovsyannikovanı canlı yayım zamanı “Birinci Kanal”da yayımlanan “Vremya” verilişinin studiyasına girdiyinə görə 30 min rubl (476 manat) cərimələyib.

DİGƏR XƏBƏRLƏR

Top