Canlı efirə çıxıb, “müharibəyə yox” deyən qadın bu qədər cərimə olundu


Moskvanın Ostankino Məhkəməsi Marina Ovsyannikovanı canlı yayım zamanı “Birinci Kanal”da yayımlanan “Vremya” verilişinin studiyasına girdiyinə görə 30 min rubl (476 manat) cərimələyib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat katibi Kristina Yavkina məlumat verib.
“Məhkəmə Ovsyannikovanı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (Xəbərdarlıq vermədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilib və 30 min rubl məbləğində cərimələyib”-deyə o bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top