
Rusiyanın “Birinci kanal”ının canlı efirində müharibə əleyhinə şüar səsləndirilib.
Yeniavaz.com xəbər verir ki, canlı yayım vaxtı naməlum qadın görüntüyə daxil olub.
O, arapıcı Yekaterian Andreyevanın arxasında dayanaraq əlində “Müharibəyə Yox!” yazılmış Rusiya və Ukrayna bayraqları əks olunan plakatı göstərib.
Hadisə ilə bağlı yoxlamanın başladığı və qadının məsuliyyətə cəlb ediləcəyi bildirilib.