Əkrəm Həsənov məhkəmələrdə DSMF-ni müdafiə edəcək – 160 min 834 manata


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tender müsabiqəsinin qalibi tanınmış hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun qanuni təmsilçisi olduğu “Əkrəm Həsənov və partnyorları” MMC olub.
“Əkrəm Həsənov və partnyorları” pensiya, sosial sığorta və sosial müavinət məsələləri ilə bağlı bütün instansiya məhkəmələrində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsini təmsil edəcək.
Əkrəm Həsənovun qanuni təmsilçisi olduğu MMC bu iş üçün DSMF-dən 160 min 834 manat alacaq.
Qeyd edək ki, “Əkrəm Həsənov və partnyorları” MMC 22.01.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Nizami, ev 129E, məhəllə 705-də yerləşən MMC-nin nizamnamə kapitalı 1000 manatdır.

Həmçinin bax: 
Tanınmış hüquqşünas 31 min manatlıq tenderin qalibi oldu

DSMF-ni məhkəməyə verənlər qarşılarında tanınmış vəkili görəcəklər – 185 min manatlıq ANLAŞMA

Pensiya və müavinət üçün nazirliyi məhkəməyə verənlərin qarşısına tanınmış hüquqşünas çıxacaq

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top