Tanınmış hüquqşünas 31 min manatlıq tenderin qalibi oldu


"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi tanınmış hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Şirvan oğlu Həsənov olub. Əkrəm Həsənov Minatəmizləmə Agentliyinə hüquqi xidmətlər göstərəcək və bunun qarşılığında 30 min 700 manat alacaq. Müqavilənin müddəti bu ilin sonunda başa şatacaq.
Onu da bildirək ki, Əkrəm Həsənov daha əvvəl “Əkrəm Həsənov və partnyorları” MMC-nin qanuni təmsilçisi kimi Dövlət Sosial Müdafiə Fondunun keçirdiyi tender müsabiqələrinin də qalibi olub. Əkrəm Həsənovun qanuni təmsilçisi olduğu MMC ötən il Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsini ümumilikdə 650 iş üzrə məhkəmələrdə müdafə edib. MMC bu iş üçün DSMF-dən 184 min 983 manat 88 qəpik alıb. 2019-cu ilin dekabr ayında isə MMC DSMF-ni ümumilikdə 638 iş üzrə məhkəmələrdə müdafə etmək üçün qurumdan 185 min 300 manat alıb.

DİGƏR XƏBƏRLƏR

Top