cnn-15-nefer-musiqiye-qulaq-asaraq-qasiqcinin-cesedini-parcalayib

CNN: 15 nəfər musiqiyə qulaq asaraq Qaşıqçının cəsədini parçalayıb

badamdarda-catlar-derinlesir-11-villanin-sahibine-kocmek-ucun-vaxt-verildi

Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi

dovlet-neft-fondu-gelir-ve-xercleri-aciqlandi

Dövlət Neft Fondu gəlir və xərcləri AÇIQLANDI

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

PƏNCƏRƏ

Axirəti unudanlar axirətdə unudularlar

26.02.2017 19:20

O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və dünya həyatı onları aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları unudarıq (əl-Əraf surəsi- 51)

Uca Rəbbimiz yer üzünü saysız-hesabsız nemətləri ilə təchiz edib, bizə təqdim edərkən bizi də öz başımıza buraxmayıb, göylərin və dağların boyununa götürməkdən çəkindikləri çox mühüm bir əmanəti daşımaqla məsul olmuşdur. Uca Yaradanımızın bizə təklif etdiyi bu önəmli məsuliyyət Onu tanıma, bilmə və Ona layiqincə itaət və ibadət etmə borcudur. Uca Rəbbimiz sonsuz mərhəmətinin tərkib hissəsi kimi bu şərəfli qulluq, ibadət və itaət vəzifəsini yerinə yetirə bilməyimiz üçün öz dərgahından kitablar göndərmiş və o kitabları insanlara tədris etmək üçün xüsusi müəllimlər, Peyğəmbərlər seçmişdir. Bizə öz vəzifəmizi öyrədən, xatırladan Peyğəmbərlərə tabe olaraq onların buyruqlarını doğru-düzgün yerinə yetirməklə biz həm dünyada, həm də axirətdə səadətə qovuşa bilirik. Peyğəmbərlərə tabe olmaq Allahın əmridir. Çünki Peyğəmbərlər öz istədiklərini deyil, Allahın əmrlərini təbliğ ediblər. Təbliğat metodunda əsas istiqamətlərdən biri də axirət düşüncəsi olmuşdur. Yəni insan bu dünyada nə edirsə-etsin, bir gün Allah-Təalanın hüzurunua çıxıb bütün əməlləri üçün hesab verəcəyini unutmamalıdır. Axirət düşüncəsi müsəlmanın ağlından bir an belə çıxmamalıdır. İmanın şərtlərindən biri də axirətə, yəni hər kəsin orada hesaba çəkiləcəyinə iman etməkdir. Axirətə inanmayanın imanı olmaz.

Peyğəmbərə üsyan edən onu göndərən Allaha üsyan etmiş sayılır. Quranda sevimli Peyğəmbərimizdən bəhs edilərkən Onun həm Bəşir (müjdələyici, yəni dünyada Allahın əmrlərinə uyğun yaşayanların axirətdə səadətə qovuşacağını müjdə verən), həm də Nəzir (xəbərdaredici, yəni həyatını Allahın əmrlərinə uyğun deyil, nəfsinin istəklərinə uyğun yaşayanların axirətdə aqibətinin heç də xoş olmayacağını bildirən) olduğu bildirilir.

Dünyada axirəti unudanlar, fani dünyanın fani əyləncələri ilə bir ömrü heçə-puça çıxaranlar ən zavallı, bədbəxt insanlardır. Axirətdə Allah-Təalanın mərhəmətindən məhrum qalmaq insan üçün ən böyük nəsibsizlikdir və bu gen dünyada Allahı düşünməyən, axirətə gedəcəyini, orada hesab verəcəyini ağlından belə keçirməyənlər elə bu nəsibsizlərdir.

Müqəddəs Kitabımız Qurani-Kərim bildirir ki, dünyada axirət unudanlar, öldükdən sonra yenidən dirilməyi düşünməyənlər, Allah-Təalanın göndərdiyi ilahi dəvətə yanaşmayanlar dünyada stress və sıxıntı görəcək, dünyada onlara gələn ayələri unutduqları üçün axirətdə kor kimi həşr olunaraq və yardıma ən böyük ehtiyac hiss edəcəkləri o zamanda onlarla unudulmuş, siyahıdan silinmiş kimi davranılacaq.

Müqəddəs Kitabımız bizim ibadət edərək Rəbbimizin əmrlərini yerinə yetirəcəyimiz təqdirdə Onun da bizi xatırlayıb anacağını müjdələyir. Uca Rəbbimiz Ona şərik qoşulmaqdan başqa istədiyi qulunun bütün günahlarını bağışlaya biləcəyini xəbər verir. Bununla yanaşı Kitabımız gözlərini həqiqətə bağlayan, haqqın səsini dinləməyə səbr edə bilməyən, Allahın göndərdiyi ayələri yalan sayıb göndərdiyi elçilərə və onların gətirdikləri ilahi buyruqlara rişxənd edən, axirəti inkar edən və bu səbəblərə görə də işlədikləri bütün əməlləri boşa çıxan şəxslərin axirətdə ən böyük zərərə uğrayacaqlarını da söyləyir.

Ona görə də bu dünyada yaşadığımız həyatın bir imtahan olduğunu və bu imtahanda müvəffəqiyyət qazanmağın yeganə yolunun Allahın Kitabına və Peyğəmbərinə təslim olmaq olduğunu bir an belə ağlımızdan çıxarmamalıyıq.


Mövlanadan bir söhbət

Şərabı o içib, sərxoşluğu siz edirsiniz

Mövlananın qurmuş olduğu Mövləvi təriqətində səma rəqsi deyilən bir ritual var. Səma rəqsi mövləvilərin xüsusi geyim geyinərək durduqları yerdə saatlarla fırlanırlar. Mövləvilərə görə, bu cür fırlanan zaman insan maddi aləmdən çıxıb mənəvi aləmə qovuşur.

Bir dəfə Mövlana öz müridləri ilə dairə halında düzülüb Səma rəqsinə başlayırlar. Bu zaman kənardan birisi də gəlib onlara qoşulur, amma içkili olduğu üçün müvazinətini saxlaya bilmir, tez-tez aşaraq Mövlana ilə toqquşur. Müridlər həmin adamı tutub sürüyə-sürüyə ordan uzaqlaşdırmaq istəyəndə Mövlana onları çağırır:

-Bir dayanın, siz nə edirsiniz?

Müridlər:

- Şərab içmişdir.- deyirlər.

- Şərabı o içib, amma sərxoşluğu siz edirsiniz.- deyə Mövlana onlara etiraz edir. Müridlər həmin andaca o adamı buraxırlar.

Nəticə budur ki, əgər birisi yaxşı iş görməyə yönəlmişsə, ona bu yolda yardımçı olmaq lazımdır ki, qüsurlarından, ayıblarından təmizlənə bilsin. Yoxsa, sənin filan qüsurların var deyə onu geri itələmək yaxşı işlərin önünü kəsməkdir.


Lüğət

Zəkat nədir?

- Lüğəvi mənası artma, çoxalma, bərəkətlənmə, təmizlik, təmizlənmədir. Dini terminologiyada isə dinimizə görə zəngin sayılan müsəlmanın ehtiyacdan artıq qalan qazancının qırxdan birini kasıblara, imkansızlara sədəqə olaraq verməsidir. Zəkat dinimizin beş əsasından biridir və ildə bir dəfə verilər. Zəkat da sədəqədir, amma məcburi sədəqədir, çünki onu verməyən zəngin müsəlman axirətdə cavab verməli olacaq. Zəkat - zəngin müsəlmanın malında Allahın haqqıdır ki, o haqq ehtiyacı olan, kasıb müsəlmanlara verilməlidir. Zəkatı üzüm tənəyinə bənzədirlər. Belə ki, üzüm tənəyi budanmadığı il yaxşı məhsul verməz, yaxşı məhsul almaq üçün mütləq tənək budanmalıdır. Yəni budanmış tənək zahirən az, doğranmış, kəsilmiş görünsə də zamanı çatanda bol məhsul verir. Budanmayan tənək isə nə qədər qollu-qanadlı, böyük görünsə də məhsulu budanmış qədər olmur. Zəkat - malı təmizləmə, bərəkətləndirmədir.

Oxundu 1250