“Türkiyə İsrailin törətdiyi cinayətləri dünyaya çatdırmağa davam edəcək”


“Türkiyə Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri İsrael Katsın son anti-Türkiyə bəyanatlarını pisləyib və bildirib ki, İsrail hərbçilərinin Qəzza zolağında törətdiyi cinayətlərlə bağlı həqiqətləri dünyaya çatdırmağa davam edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
“İsrail xarici işlər nazirinin sosial şəbəkələrdə prezidentimizin əleyhinə yönəlmiş yazısı qeyri-ciddi və alçaqdır, İsrail hökumətinin vəziyyətini səciyyələndirir. Gec-tez İsrail kabinetinin bütün üzvləri mütləq məhkəmə qarşısına çıxacaq. Türkiyə İsrailin Fələstin xalqına etdiyi zülmə qarşı səsini ucaltmağa davam edəcək”, - bəyanatda deyilir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Parlamentlərarası Qüds Platforması konfransında çıxış edərək, İsrailin Baş naziri Benyamin Netanyahunu bir daha zəmanəmizin Hitleri adlandırıb.
İsrailin xarici işlər naziri buna cavab olaraq Ərdoğanı Osmanlı İmperiyasını dirçəltmək planlarında ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top