Qəzzada son 24 saatda 51 fələstinli həlak oldu


İsrailin 203 gündür hücumlarını davam etdirdiyi Qəzza zolağında həlak olan fələstinlilərin sayı 34 min 356, yaralananların sayı isə 77 min 368 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.  
Nazirliyin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağında 51 nəfər ölüb, 75 nəfər yaralanıb.
Məlumatda həmçinin, dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail əsgərləri mane olduğu üçün səhiyyə və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top