Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

Yazarlar

Nazim Mustafayev

Təfsirə duyulan ehtiyac

12.04.2018 15:37

Səhabələr Quranın müəyyən ayə və kəlmələrinin izahına ehtiyac duyanda Həzrət Peyğəmbərimizə (s.ə.s.) müraciət edirdilər. Onlar ayələr və hadisələr arasındakı əlaqəni çox yaxşı anlayırdılar. Buna görə də səhabələrin dövründə yazılı təfsirə ehtiyac duyulmurdu. Sonrakı əsrlərdə isə izah və şərhlərə ehtiyac duyuldu. Hicri üçüncü əsrdən başlayaraq bütün ayələrin şərh və izahının verildiyi təfsirlər yazılmağa başladı. Təfsirlər – Qurandakı kəlmələrin mənalarını, ayələrin məzmunlarını, hökmlərini və hikmətlərini izah edən əsərlərdir.

Quran bütün zaman və məkanda yaşayan insanlara xitab etsə də, İlahi kəlamda insanların hər bir ehtiyacı prinsip və maddələr şəklində tək-tək yazılmayıb. Belə olan halda müxtəlif zaman və coğrafiyalarda ayələrin şərh və təfsirinə ehtiyac qaçılmazdır.

Hər kəs öz anlayışına görə ayələrdən hökm çıxarmağa çalışsa, bir çox həqiqətlər gözdən qaçar, xətalar meydana gələr. Buna görə də təfsiri dini və dünyəvi elmlərdə söz sahibi olan şəxslərin hazırlaması daha məqsədə uyğundur.

Bir dildə təfsir yazılması o dildə dini ifadə və məfhumların məna qazanması, işlək hala gəlməsi və oturaqlaşmasına yardımçı olur. Həmçinin təfsir yazılması, o dildə danışan insanların ilahi bəyanlardan qəsd olunan mənaları öz dilində açıq və səlis başa düşməsinə köməklik edir.

Təkcə bir və ya bir neçə ayə qrupunun şərh və izahı üçün 25-30-a yaxın fərqli təfsirlərə nəzər yetirəndə qarşımıza 90 səhifəlik yekun çıxır. Üç-dörd sətirlik bir ayənin mövcud təfsirlərdən toplanan nuzul səbəbi, ayədən çıxan hökmlər, şərh və izahlar təkrarlarla birlikdə 90 səhifə edir. Bir ayə haqqındakı bu qədər yekunu oxucuya Quran məalında vermək mümkün deyil. Quran məalının həcmi bunun üçün əlverişli deyil. Orta və iri həcmli təfsir əsərləri də məhz bu ehtiyaca görə yazılmışdır. Yalnız bir ayə haqqında belə zənginliyi olan Quran təfsirini oxucuya öz dilində təqdim etmək böyük xidmətdir.

90-cı illərdə V. Məmmədəliyev və Z. Bünyadov kiril əlifbası ilə Azərbaycan dilinə Quran məalı hazırlamışdılar. Müstəqillik illəri, sovetin dağılması və s. amillər insanlarda Quranı oxuyub anlamağa istək formalaşdırmışdı. Bu tələbatı ilk mərhələdə V. Məmmədəliyev və Z. Bünyadovun Quran məalı qarşılayırdı. Sonralar digər müəlliflər də bu karvana qoşuldu. Bu minvalla insanların rahat oxuyacağı Azərbaycan dilində bir sıra Quran məalları ərsəyə gəldi.

Azərbaycan dilində yazılmış təfsirlərə gəldikdə isə ən axırıncısının tarixi 80-90 il əvvələ gedib çıxır. Cumhuriyyət illərində Bakı qazısı Məhəmməd Kərim Bakuvi və din alimi Mövlazadə Şəkəvi ərəb əlifbası ilə Azərbaycan dilində Quran təfsiri yazmışdılar. Hər təfsirdə olduğu kimi, bu təfsirlərin də dövrün nöqsanları və ehtiyacları nəzərə alınaraq qələmə alındığını deyə bilərik.

Məhəmməd Kərim Bakuvi ərəb dilində təfsirlərin başa düşülməsinin çətinliyini görüb müsəlmanların öz dilində oxuyub anlayacaq sadə bir təfsirə ehtiyac olduğunu deyirdi. Bu səbəblə o, Azərbaycan dilində “Kəşful-Həqaiq” adlı üç cildlik təfsir ərsəyə gətirmişdi.

Mövlazadə Şəkəvi də ərəb dilini bilməyən əhali üçün ayələrin quru tərcüməsi onlara heç nə vermədiyini deyirdi. Qeyri-ərəb müsəlmanlar Quran məalını izahatsız başa düşməkdə çətinlik çəkirdi. Bu səbəblə o, iki cildlik əsərini yazmışdır. Bu alimlərimizin yazdığı Quran təfsirlərini iri həcmli təfsirlərə aid etmək olmaz. Bu təfsirlər müxtəsər mahiyyətdə idilər.

Müasir dövr gəldikdə isə elmlər o qədər şaxələnib ki, bir insan nə qədər böyük alim olsa da, Qurandakı hər ayəni təfsir etməsi mümkün deyil. Hörümçəyin misal çəkildiyi ayədəki bənzətmənin məğzini başa düşmək üçün hörümçəklər aləmini bilən botanikə müraciət etmək lazımdır. Günəşdən, Aydan, ulduzlardan bəhs edən ayələrin təfsirində elmi izahlara ehtiyac var. Nuh tufanından bəhs edən ayələri təfsir edərkən küləklər, yağış və sellər üzərində ixtisaslaşmış alimlərin da burada söz deməsi lazımdır. Bu minvalla müasir dövrdə Quranı təfsir etmək bir nəfərə deyil, onlarla mütəxəssislərin olduğu bir heyətə həvalə edilə bilər. Belə bir heyətin hazırlayacağı təfsir, hər halda, bir nəfərin hazırlayacağından daha etibarlı olar. Bu müasir dövrdə hər hansı dildə yazılan təfsirlərə də aiddir.

Sonda İmam Şafeinin bir sözü ilə bitirmək istəyirəm. O belə deyirdi: “Cənab Allah (c.c.) sələfdən razı olsun ki, xələfə nə qədər görüləcək iş buraxıblar”. Bu mənada sələf kimi Məhəmməd Kərim Bakuvini, Mövlazadə Şəkəvini qeyd edə bilərik. Xələf də müasir dövrdə onların gördüyü işi davam etdirəcək şəxslərdir. Zəmanəyə görə izahların verildiyi, elmi yeniliklər nəzərə alınaraq yazılan təfsirlərə hər zaman ehtiyac var.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 186

  • Təfsirə duyulan ehtiyac

    12.04.2018 15:37
    Təfsirlər – Qurandakı kəlmələrin mənalarını, ayələrin məzmunlarını, hökmlərini və hikmətlərini izah edən əsərlərdir.
  • Körpələrə verilən sual...

    02.02.2018 16:41
    Abort cinayətində bəlkə ana və atanın vicdanı bir-iki ay sızlayır.
  • Qazanılan sevgi

    20.01.2018 13:19
    “Ey Rəbbim, bəndələrinin qəlbinə bizim sevgimizi qoy”
  • Səmud qövmündən günümüzə mesajlar - 2

    15.01.2018 13:19
    Quran ayələri Səmud qövmünün tənəzzülü və tarix səhnəsindən silinməsi ilə bağlı mühüm məqamlara toxunur.
  • Nəzər nöqtəsi və Quran

    14.01.2018 17:52
    Bir insan haqqı və həqiqəti görə bilər. Ancaq dayandığı mövqe etibarilə o haqq və həqiqəti qəbul etməyə yanaşmaz.
  • Peyğəmbər alicənablığı

    14.01.2018 17:14
    Alicənablıq, səxavət, nəciblik və s. kimi gözəl əxlaq nümunələrinə Peyğəmbərlərin həyatında rast gəlirik.
  • Hər xəbərə inanaq?

    06.01.2018 10:50
    Vəlid ibn Uqbənin hələ 18 yaşı var idi. Müsəlman olmasından 4-5 ay keçmişdi...
  • Səmud qövmündən günümüzə mesajlar - 3

    02.01.2018 10:18
    “Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxardı”.
  • Çantaya nə qoyaq?

    01.01.2018 10:42
    Ona gözəl bəndə olmağa fürsətin var...
  • Əshabı-Kəhf bizə nə söyləyir?

    18.11.2017 13:04
    Cənab Allah (c.c.) onları axirət inancı və ölümdən sonra dirilmə xüsusunda canlı nümunələr etmişdi.
  • Nuhun gəmisinə ehtiyac var…

    15.11.2017 16:28
    Limanda sonuncu gəmi bizi gözləyir...
  • Səmud qövmündən günümüzə mesajlar!

    15.11.2017 14:42
    Bu yazıda Səmud qövmü haqqında bəzi məqamlara toxunmaq, bir sıra suallara cavab tapmaq istəyirəm...
  • Haqq yolun bənzərlikləri...

    15.11.2017 10:53
    Bu yazıda Quranın bir surəsinin ümumi məzmununa nəzər salmaq, bizə hansı həqiqətləri xəbər verdiyindən söhbət açmaq istəyirəm.
  • Yalnış hesab! Yalnız güman!

    10.11.2017 12:20
    Uca Yaradan bu zənnin yalnış olduğunu söyləyir.
  • "Üz-üzə", "göz-gözə" gəlsək də!..

    08.11.2017 10:34
    Bəsirət və görmə gözündən məhrum insan müasir elmin imkanları ilə kosmosa çıxsa da, onun üçün heç nə dəyişməyəcək.
  • Həzrəti Musa və su başındakı qızlar

    06.11.2017 13:43
    “Utanmadıqdan sonra istədiyi et”.
  • “Qavli-ləyyin” və ya yumşaq söz

    02.11.2017 10:09
    Sərtliklə və qəzəblə heç bir məqsədə nail olmaq mümkün deyil.
  • Kərbəladan günümüzə mesajlar - 2

    09.10.2017 16:35
    Kərbəla hadisəsini, baş verənləri zəncirvarı təqib edərək, başa düşmək mümkün olduğu kimi, o dövrdəki insanların Kərbəla hadisəsinə dair baxış və
  • Özünü kənarda görmə!

    06.10.2017 16:17
    Bəzən insanlar zahiri səbəbləri mütləq güc, yeganə çıxış yolu kimi görürlər.
  • Kim çörəyi ayaqlayar?

    27.09.2017 15:45
    Rüşvətin verəcəyi zərərlər və təxribat çox böyükdür.
  • Kərbəladan günümüzə mesajlar-1

    26.09.2017 14:01
    Tarixdə elə hadisələr var ki, nəticələri uzun illər, hətta əsrlərcə davam etsə də, əslində həmin hadisənin cərəyan etdiyi müddət bir neçə gün,
  • Nə gözəl vəsilədir!

    20.09.2017 13:26
    Bu həyatın bir hesabı olmayacaqmı?
  • “Cəzasını” sərnişinlər çəkməməlidir

    01.09.2017 17:51
    Axı şəhər daxilində onlarla sərnişin daşıyan sürücü necə və nə üçün tələsməlidir?
  • "Rəbbim Allahdır!" dediyinə görəmi?..

    01.09.2017 11:50
    Tarixin hər məqamında zülmə etiraz edən insanlar olmuşdur.
  • Bakının “Pizza qülləsi”

    19.07.2017 15:06
    Bu bina və sakinləri üçün hələ gec deyil.
  • Elm bizim nəyimizdir?

    01.07.2017 17:44
    Əgər elm Avropanın silahıdırsa, bəs bizim nəyimizdir?
  • Əlimizdəki cövhər

    01.07.2017 11:34
    Hər tərəfdə rüşvət baş alıb gedirsə, belə bir cəmiyyətin əlindəki dinə nə üçün dəyər versinlər?
  • Alim və elmin izzəti (1)

    12.06.2017 15:15
    Əxlaqdan təcrid olunmuş bir İslam anlayışını təsəvvür etmək mümkün deyil.
  • Nə üçün varam?

    26.05.2017 18:12
    Birincisi anarxiya doğurar. İkincisi isə mənəvi rahatlıq, kamillik və ictimai sabitlik doğurur.
  • Uşaqların səsi

    17.05.2017 16:17
    Uşaqları parka apara bilmirəm.
  • O qədər də müəmmalı deyil!

    11.05.2017 15:22
    Məzhəbləri ortaya çıxaran amillər nələr idi.
  • Onlar...

    29.04.2017 16:53
    Səhabələri nə qədər yaxşı tanısaq, uca dinimiz İslamın insan üzərindəki təsirini bir o qədər daha yaxşı anlamış olarıq.
  • Tarixi missiya

    25.04.2017 17:13
    Hələ ilk dövrlərdə Quran kitab halına salınmışdır.
  • İynə dəliyindəki heykəl

    18.04.2017 14:50
    O qədər dəyərsiz kimi görünən əşya və metallar var ki, sənətkar onu qızıl, gümüş və almazdan daha dəyərli hala gətirir.
  • Qəriblik

    08.04.2017 18:03
    "Qərib" sözü, yad yerdə olma, kimsəsizlik, təklik, sayılmamaq, əhəmiyyət verilməmək, etina etməmək kimi mənalara gəlir.
  • Əhli-beyt

    17.03.2017 16:07
    Peyğəmbərimizin pak nəsli cəmiyyətin alim və abidləri idilər.
  • İlahi məkr

    13.03.2017 17:10
    Təsəvvür edin ki, bir insan özü də bilmədən dərin bir yarğanın qarşına qədər gəlib.
  • İstifadə olunmamış sərmayə

    27.02.2017 17:38
    Bəşər övladı gözünə görünən nə varsa, faydalanmağa çalışır. Gah dağları qazaraq, gah un kimi ələyərək, gah dərin dənizlərdə platformlar quraraq...
  • Yol yorğunluğu

    20.02.2017 15:27
    Yoxsa işıldaquş kimi bir anlıq parlayıb sönmək o qədər dəyər ifadə etməz.
  • Şüuraltındakı biz

    16.02.2017 17:50
    "Uşaqlığımda atam mənimlə necə davranırdısa, hiss edirəm ki, mən də oğlumla eyni cür rəftar edirəm".
  • Mənən zəhərlənmək

    07.02.2017 14:50
    Belə hallar daha çox "mənəvi immun sistemi" zəif olan insanlarda müşahidə olunur.
  • Bəsirət gözü

    31.01.2017 14:28
    Məgər bəsirət gözünün "hərəkətə keçməsi" üçün hündür məkanlara çıxmaq lazımdır?!
  • Xəyaldan keçənlər günah sayılırmı?

    19.01.2017 11:28
    “Sən yetimin könlündən keçməsəydi, o da gəlib sənin yuxuna girməzdi”.
  • Həllini gözləyən məsələlər...

    07.01.2017 16:46
    Bəlkə də problemin ortaya çıxma səbəblərini tam ortaya qoya bilmədim.
  • Alim və elmin izzəti (2)

    03.01.2017 19:13
    "Elmin izzətini qorumaq məni naməhrəmə baxdırmır".
  • Nə üçün geridəyik?

    03.01.2017 11:03
    Madam ki, İslam ucadır, bəs nə üçün onun mənsubu olan müsəlmanlar bu qədər geridə qalıb?
  • Biz nə üçün beləyik?

    30.12.2016 15:51
    Kənarları hündür plastik materiallar ilə hasarlanmış, ya da bəzədilmiş şəhər daxili və şəhər ətrafı o qədər yollarımız var ki...
  • Önümüzə qoyulan həyat dəftəri

    21.12.2016 13:41
    On illik bir həyat saniyələr içərisinə sığaraq yaddaşda canlanır.
  • Əhdü-peymanımızı unutmayaq

    14.12.2016 13:00
    Xatirimə əsgərliyə gedib bir aydan sonra vətənə və xalqa qarşı sadiq olacağımız barədə verdiyimiz söz, ya da hərbi and düşür...
  • Körpü olmaq, körpülər qurmaq...

    12.12.2016 14:10
    Əslində bu dünyanın ümumi reallığıdır..