Vaxtı ilə Əli Həsənоvun ailə üzvlərinə məxsus olan "Araz FM"in yeni rəhbəri hansı tanınmışın qardaşıdır? – DOSYE


Xəbər verdiyimiz kimi, ötən gün Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənоvun ailə üzvlərinə məxsus olan 7 şirkət ləğv olunduğunu elan edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ləğvetmə prosesində olan şirkətlərdən biri də "Golden Prince” MMC olub. 
2008-ci ildə Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınan "Golden Prince” MMC Azərbaycanın aparıcı radiolarından olan “Araz” FM-in (103,3 MHz) məxsus olduğu “Araz Teleradio” MMC-nin təsisçisi olub. 
"Golden Prince” MMC-nin təsisçisi olduğu “Araz Teleradio” MMC 2011-ci ildə eyni ünvandı - Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1  ünvanında dövlət qeydiyyatına alınıb. "Golden Prince” MMC-nin qanuni təmsilçisi isə Əli Həsənоvun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Vəliyev Azər Kalam oğludur. 
Qeyd edək ki, “Araz Teleradio” MMC rəsmi şəkildə dövlət qeydiyyatına 17.02.2011-ci ildə alınıb. Dövlət qeydiyyatına alınmazdan təxminən bir ay əvvəl - Milli Televiziya və Radio Şurasının 18 yanvar 2011-ci il tarixli qərarı ilə radio yayımı üçün “Araz Teleradio” MMC –yə 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib. 
Onu da bildirək ki, hazırda “Araz Teleradio” MMC-yə “Xəzər TV”nin rəhbəri, tanınmış teleaparıcı Murad Dadaşovun qardaşı Fərid Dadaşov rəhbərlik edir. 
Mətbuatda yer alan məlumatlarda bildirilir ki, Xalq artisti Murad Dadaşovun qardaşı Fərid Dadaşov əvvəllər radioların birində aparıcı kimi fəaliyyət göstərib, illər öncə replə məşğul olub və "MC Daddy" ləqəbiylə tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top