Əli Həsənovun ailəsinə məxsus 7 şirkət ləğv olunur


Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus olan Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK, həmçinin Mətbuat prospekti  ev 25, mənzil 38 ünvanında yerləşən "Kaspi Food" MMC ləğv olunduğunu elan edib.
Yeniavaz.com
bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 və Yasamal rayonu, Mətbuat prospekti  ev 25, mənzil 38 ünvanlarına bildirə bilərlər.
Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

"BAKI 24" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 10.00 AZN, qanuni təmsilçisi ŞAMXAL HƏSƏNLİ ƏLİ OĞLU

"KASPİ CO" MƏNZİL TİKİNTİ KOOPERATİVİ - Nizamnamə kapitalı 100.00 AZN, qanuni təmsilçisi AZƏR VƏLİYEV KALAM OĞLU

“MƏTBUAT EVİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 20.00 AZN, qanuni təmsilçisi ŞAMXAL HƏSƏNLİ ƏLİ OĞLU

"KASPİ-AZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 20.00 AZN, qanuni təmsilçisi AZƏR VƏLİYEV KALAM OĞLU

"GLOBAL ADVERTİSEMENT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 10.00 AZN, qanuni təmsilçisi ŞAMXAL HƏSƏNLİ ƏLİ OĞLU

"GOLDEN PRİNCE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 300.00 AZN, qanuni təmsilçisi AZƏR VƏLİYEV KALAM OĞLU

"KASPİ FOOD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 10.00 AZN, qanuni təmsilçisi ŞAMXAL HƏSƏNLİ ƏLİ OĞLU

DİGƏR XƏBƏRLƏR

Top