39 min manatlıq tenderin “tanış” qalibi... - FAKTLAR


“Tovuz Diaqnostika və Hemodializ Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Pramida az Ltd” MMC-yə (VÖEN: 1805008611) olub.
“Tovuz Diaqnostika və Hemodializ Mərkəzi” mətbəə məhsulları üzrə xərclərin satınalınması üçün “Pramida az Ltd” MMC -yə 39 min 295 manat ödəyəcək.
Məlumat üçün qeyd edək ki, “Pramida az Ltd” MMC müsabiqə elanından cəmi 3 ay əvvəl – 07.09.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72”-də yerləşir. “Pramida az Ltd” MMC-nin qanuni təmsilçisi  Hacıyev Nazim Vəli oğludr.
Eyni ünvanda, eyni gündə və eyni nizamnamı kapitalı ilə qanuni təmsilçisi  Hacıyev Nazim Vəli oğlu olan daha 2 şirkət - “Mugan az Constraksen” MMC və “Konus as Qrup” MMC də dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri də odur ki, avqust-sentyabr aylarında “Pramıda az Ltd” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan 5 şirkətin qanuni təmsilçisi Hüseynov Kamran Ayrım oğlu, 4 şirkətin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur.
Bundan başqa həmin ünvanda qeydə alınan bütün şirkətlərin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var. 
Avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında dövlət qeydiyyatına alınan şirkətlərin bəziləri bunlar olub:
Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
"Sansetka az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
"Sansetka az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
"Sansetka az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
“Lıman az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 27.08.2020
“Geoman az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Kamran Ayrım 31.08.2020
“Parameks az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Parameks az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Parameks az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Rofland tc Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Həmidov Ədalət Ələskər 27.08.2020
“Veton as” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Veton Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Veton Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Mustafayev Ədalət Mahmud 24.08.2020
“Levon as Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Levon as Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Levon as Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat İbrahimova İsmət Allahverdi 24.08.2020
“Senteral tıkıntı Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Məmiyev Anar Məjuəli 13.08.2020
“Dubloks Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Məmiyev Anar Məjuəli 13.08.2020
“Askom ts Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Quliyev Qüdrət Soltan 12.08.2020
“Human az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Quliyev Qüdrət Soltan 12.08.2020
“Tropıka az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Sansekto ts Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Hüner Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Dövlətov Nizamətdin Ələskər 6.08.2020
“Hüner az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Egefon tc Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Aktual az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Formula az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Salmanov Kənan Əhəd 21.09.2020
“Verta az” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Verta az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 7.09.2020
“Verta az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Verta az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Əlizadə Rəfail Faiq 4.09.2020
“Fokus az” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Fokus az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Fokus az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Verdiyev Şahin Zahid 4.09.2020
“Mugan az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Pramıda az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Konus as Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hacıyev Nazim Vəli 7.09.2020
“Lubro az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Talıbov Sahib Xudaverdi 7.09.2020
“Lubro az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Talıbov Sahib Xudaverdi 7.09.2020
“Toksun az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Parlon az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Vulkan tt Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Ağayev Şahin Şahmurad 8.09.2020
“Muskat az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 8.08.2020
“Semıral az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 8.09.2020
“Alben az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Abdullayev Emin Rüstəm 10.09.2020
“Okean az Grup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Skvortsov Arkadiy Sergeyeviç 8.09.2020
“Seman az Qrup” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 8.09.2020
“Sultan az Ltd” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 8.09.2020
“Tamer az Constraksen” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Hüseynov Əfqan Aslan 10.09.2020
“Yarımca” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Qurbanov Ruslan Rufan 21.09.2020
“Mandı-LM” 2-ci Zabrat dairəsi ev.133 m.72. 10 manat Qurbanov Ruslan Rufan 21.09.2020
 











































































































Cəmi 2-3 ay əvvəl yaranan, barələrində açıq internet resuslarda heç bir məlumat olmayan, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Aşağıdakı linklərə daxil olaraq bu ilin avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanında qeydiyyata alınan və 1-2 aydan sonra tender müsabiqələrinin qalibi olan şirkətlərlə tanış ola bilərsiniz:
“Sirli ünvan”dakı şirkətlər üzə çıxmağa başladı – İlk şirkət 75 min manat uddu – FOTOFAKT

Azərbaycanda daha bir “sirli ünvan” üzə çıxdı – SİYAHI

Mədəniyyət Nazirliyi taxta qırıntısı üçün bu şirkətə 60 min manat ödədi – Müəmmalı əməliyyat

Bakıdakı “sirli ünvanlar” 100 minləri dövlət vəsaitini "udmağa" davam edir – FOTOFAKT

AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT – FOTOLAR

“Sirli ünvan”ın bu dəfəki “qonağı” Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu oldu - FAKTLAR
 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top