ABŞ-dakı həmvətənlərimizdən ordumuza "Yemək yarmarkası" adlı dəstək - VİDEO


1 Noyabr 2020-ci il tarixində ABŞ-ın Virciniya Ştatının Feyrfaks şəhərində “Milky Way Educational Cultural Association” (MECA) təşkilatı və “Baku Deliciou”s şirkətinin təşkilati dəstəyi ilə yerli Azərbaycan icması şəhid ailələri və yaralı əsgərlərimizə dəstək üçün "Yemək yarmarkası" adlı humanitar tədbirin hayata keçirilməsi barədə xəbər vermişdik.
Tədbirin təşkilatçılarından Yeniavaz.com-a verilən məlumata əsasən, yarmarkada Şimali Virciniya və D.C. bölgəsində yaşayan Azərbaycan icması üzvləri tərəfindən hazırlanmış milli yeməklər satılıb. Bildirilib ki, toplanan məbləğin tamamı yaxın günlərdə Azərbaycanda ehtiyac sahiblərinə çatdırılacaq və bu haqda əlavə hesabat ictimaiyyətə təqdim olunacaq.
Qeyd olunub ki, tədbirdə fərqli etnik mənsubiyyətli təqribən 300 nəfər aktiv iştirak edib. Bir çox qonaq alışlardan əlavə ianələr edib, gələ bilməyənlər isə MECA-nın bu məqsədlə açılmış xüsusi bank hesabına köçürmələr edib. Hazırda toplanmış vəsaitin məbləği isə aşağıdakı kimidir:
Nağd ödənişlər – 4 min 147 dollar
Kartla ödənişlər – 4 min 174,82 dollar
Bank köçürmələri – 2 min 280 dollar
Cəmi: 10 min 601,82 dollar
Təşkilatçılar həmçinin, əlverişsiz hava şəraitinə baxmayaraq bişirdikləri dadlı yeməklərlə, etdiyi ianələrlə, təşkilati, mənəvi və informasiya dəstəyi ilə iştirak edən bütün təşkilatçı və qonaqlara təşəkkür ediblər.
Xatırladaq ki, həftəlik yardım kampaniyası davam edir. Qoşulmaq istəyən həmvətənlərimiz [email protected] vasitəsilə ianə göndərə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top