ABŞ-ın Virciniya ştatında azərbaycanlılara aid yeganə məktəbin (MECA) kollektivi sözügedən ştatdakı yenə həmyerlilərimizə aid müəssisə olan “Baku delicious”la birgə ordumuza dəstək aksiyası keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Amerika gündəliyi” səhifəsi məlumat verib. Bildirilib ki, valideynlər və övladları bir araya gələrək müxtəlif məhsulları bişirib sataraq əldə olunmuş qazancı ordumuza və erməni terrorizmindən əziyyət çəkən mülki əhaliyə göndəriblər.