
Dövlət Sərhəd Xidməti (DSX) azərbaycanlı çobanın sərhədi keçərək Ermənistan ərazisinə daxil olması barədə yayılan məlumatlara münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, DSX-dən Modern.az-a verilən açıqlamada qurumun xidməti ərazisində belə hadisənin baş vermədiyi bildirilib.
Xatırladaq ki, Ermənistan mediası azərbaycanlı çobanın Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçdiyini və hərbi polis tərəfindən saxlanıldığını iddia edib.
Tətbiqimizi yükləyə bilərsiniz