Azərbaycanlı çoban Ermənistana keçib?


Azərbaycanlı çobanın Ermənistan sərhədini keçdiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın “NewsTV5” telekanalı məlumat yayıb.
“Bizə bildirdilər ki, həmin şəxs aşkarlanıb və hazırda Berd şəhərindəki hərbi polis idarəsindədir.
Ermənistan Müdafiə Nazirliyi hələlik hadisəyə münasibət bildirmir. Tavuş vilayətinin icma rəhbərlərindən biri bizimlə söhbətində bu barədə onun da eşitdiyini, lakin dəqiq məlumatının olmadığını deyib. O, həmin şəxsin rayonun meşələrindən keçərək gəldiyini bildirib”, - telekanalın məlumatında deyilir.
Ermənistan Milli Təhlükəsizlik Xidmətindən isə telekanala onlarda bir məlumatın olmadığı deyilib.

DİGƏR XƏBƏRLƏR

Top