
Xəbər verdiyinmiz kimi, bu ilin ilk 8 ayında Azərbaycanda 56 min 404 körpə doğulub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yeni doğulan körpələrin 1 902-si əkiz, 69-u üçəm olub.
Nəticədə, əkizlər yeni doğulanların 3,4%-ni, üçəmlər isə 0,1%-ni təşkil edib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə əkiz və üçəmlərin payında dəyişiklik olmayıb. Belə ki, ötən ilin ilk 8 ayında ölkədə 63 min 698 körpə doğulub və onların 3,4%-i əkiz (2 152 körpə), 0,1%-i (78 körpə) üçəm olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz