
Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusiflinin təhsil haqqı tam şəkildə ödənilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kino Agentliyi məlumat yayıb.
Bildirilib ki, Afaq Yusiflinin təhsil haqqının ödənilməsi tam şəkildə başa çatıb:
“Vəsaitin qalan hissəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyindəki Kino Agentliyi tərəfindən Melburn Universitetinin hesabına köçürülüb”.
Tətbiqimizi yükləyə bilərsiniz