Pilotlar arasında dava olub, təyyarəni sərnişinlər idarə edib – Fotolar


Xəbər verdiyimiz kimi, Dubaydan Təl-Əvivə uçan “Flydubai” şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi uçuş zamanı fövqəladə siqnal göndərib.
Yeniavaz.com
xəbər verir ki, daha sonra təyyarə marşrutunu dəyişərək Səudiyyə Ərəbistanının Tabuk şəhərinə yönəlib və oradakı hava limanına təhlükəsiz eniş edib.
“Flydubai” təyyarədə olan 180 sərnişinin təhlükəsiz olduğunu açıqlayıb.
İsrail mənbələrinin “Reuters”ə verdiyi məlumata görə, hadisənin səbəbi pilotlar arasında baş verən fiziki qarşıdurma olub. Təyyarənin əvvəlcə təxminən 4,3 kilometr hündürlük itirdiyi, bundan sonra fövqəladə siqnalların göndərildiyi bildirilib.
Son yayılan məlumata görə, sərnişinlər üçün təhlükə yaratdığı iddia edilən pilot Oman vətəndaşı, təyyarənin komandiri isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. Bu məlumat İsrail mediasına istinadən yayılıb.
Bəzi məlumatlara görə, pilotlar arasındakı qarşıdurmadan sonra təyyarədə sərnişin kimi uçan Rusiya və Ukrayna vətəndaşları olan iki başqa pilot kabinəyə daxil olaraq idarəetməni ələ keçirib və təyyarənin Tabuk hava limanına endirilməsində iştirak edib.
Sərnişinlərdən birinin yaxınlarının sözlərinə görə, təyyarədə qışqırıq səsləri eşidilib və əlində bıçaq olan şəxsin pilotlardan birini yerə yıxdığı bildirilib. Təyyarədə qan izləri olan sərnişinin fotosu da mediada yayılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top