
Dubaydan Təl-Əvivə uçan “Flydubai” şirkətinə məxsus sərnişin təyyarəsində insident yaşanıb.
Yeniavaz.com İsrail mətbuatına istinadən xəbər verir ki, təyyarə uçuş zamanı əvvəlcə ümumi fövqəladə vəziyyət üçün istifadə olunan 7700 kodunu, daha sonra isə qaçırılma və ya qanunsuz müdaxilə ehtimalını bildirən 7500 kodunu göndərib.
Bu səbəbdən İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr havaya qaldırılıb.
Təyyarədə təxminən 180 sərnişinin olduğu bildirilir.
İlkin məlumatlarda hadisənin pilotlar arasında baş vermiş mübahisə ilə əlaqəli olduğu qeyd edilir. İsrail təhlükəsizlik mənbələri sonradan təyyarənin qaçırılması ilə bağlı real təhlükənin olmadığını bildiriblər.
Təyyarə marşrutunu dəyişərək Səudiyyə Ərəbistanına yönəlib və Tabuk hava limanına enib.
Hadisə ilə bağlı məlumat yayılan vaxt İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə rəsmilərinin təhlükəsizlik toplantısı keçirdiyi də bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz