Ermənistan Kəşfiyyat Xidmətinin rəhbəri Bakıya gələndə Qarabağın üzərindən uçmayıb – Foto


Xəbər verdiyimiz kimi, dünən YR-SIL qeydiyyat nömrəli “Gulfstream G450i” təyyarəsi səhər saatlarında İrəvandan Bakıya, axşam saatlarında isə əks istiqamətdə uçub.
Yeniavaz.com
məşhur “Flightradar24” platformasına istinadən xəbər verir ki, təyyarə saat 07:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib, geriyə dönüşü isə planlaşdırılan vaxtdan təxminən bir saat gec – 22:29-da baş tutub.
Qeyd edək ki, dünən “Sputnik Ermənistan” Baş nazir Nikol Paşinyanın mətbuat katibi Melanya Arutyunyana istinadən Bakıya səfər edən şəxsin Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan olduğunu bildirib. Kristine Qriqoryanın dünən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etdiyi qeyd olunub.
Məlumat üçün bildirək ki, “Flightradar24” platformasının yaydığı məlumatdan belə görünür ki, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryanı Bakıya gətirən “Gulfstream G450i” təyyarəsi istiqamətini dəyişərək Qarabağın üzərindən uçmayıb. Təyyarə geri qayıdan zaman da uçuş istiqamətini dəyişib və yenə də Qarabağın üzərindən keçməyib.

Məlumat üçün bildirək ki, son illər müxtəlif ölkələrə məxsus sərnişin təyyarələri dəfələrlə Qarabağın üzərindən uçub.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top