Afra Saraçoğlu hava limanında saxlanıldı


Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Türkiyədə Bakırköy prokurorluğu tərəfindən məşhurlara qarşı narkotik əməliyyatı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, barəsində saxlanılma ilə bağlı qərar verilən, lakin həmin tarixdə ölkədə olmayan tanınmış aktrisa Afra Saraçoğlu bu gün saxlanılıb.
Türkiyə mətbuatı yazır ki, o, Fransadan qayıdarkən İstanbul hava limanında saxlanılıb.
Xatırladq ki, həmin əməliyyat zamanı aralarında keçmiş futbolçu Həsən Şaş, jurnalist Yağız Sabuncuoğlu, müğənni Anıl Durmuş, reper Seyfullah Sağır (Sefo), aktyorlar Aras Bulut İynemli, Nilperi Şahinkaya və Melisa Şenolsunun da olduğu onlarla məşhur saxlanılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top