Türkiyədə məşhurlara qarşı növbəti narkotik əməliyyatı keçirilib


Türkiyədə aralarında məşhur müğənnilər, aktyorlar və keçmiş futbolçuların da olduğu şəxslərə qarşı genişmiqyaslı narkotik əməliyyatı keçirilib.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokrorluğu tərəfindən aparılan iki fərqli istintaq çərçivəsində ümumilikdə 24 nəfər barəsində saxlanılma qərarı verilib.
Birinci istintaq birbaşa narkotik vasitələrin istifadəsini nəzərdə tutur və bu istintaq üzrə 18 nəfərin saxlanılması nəzərdə tutulub.
İkinci istintaq isə, 6 nəfərə qarşı həm “narkotik”, həm də “fahişəliyə yer təmin etmə” cinayətlərini əhatə edir.
Bildirilib ki, şübhəlilərin 15-i artıq saxlanılıb.
Saxlanılanlar arasında keçmiş futbolçu Həsən Şaş, jurnalist Yağız Sabuncuoğlu, müğənni Anıl Durmuş, reper Seyfullah Sağır (Sefo), aktyorlar Aras Bulut İynemli, Afra Saraçoğlu, Nilperi Şahinkaya və Melisa Şenolsun da var.
Həmçinin Melis Sezen, Hande Demir, Melis İşiten, Yeliz Yeşilçimen, Hazal Filiz Küçükköse, Volkan və Zeynep Akçıraylar, Eda Güzelcik, Sezer Zurna Çakır kimi məşhurlar da istintaqa cəlb olunub.
Prokurorluq tərəfindən şübhəlilərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiyinə, narkotik vasitələrin dövriyyəsində iştirak etdiyinə, həmçinin narkotik istifadəsi üçün yerlər təmin etdiyinə dair dəlillər aşkar edilib.
İfadə prosesindən əvvəl şübhəlilərdən bioloji analizlər (qan, saç nümunələri) götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top