
Xəbər verdiyimiz kimi, AYNA-nın Bakıda keçirilən tədbirində monitor qadının üzərinə aşıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə hadisənin anbaan görüntüləri yayılıb.
Həmin kadrları təqdim edirik:
TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, ötən gün saat 16:10 radələrində 1968-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında ötən gün saat 18:20 radələrində özəl tibb müəssisəsinə təxliyə edilib”.
Tətbiqimizi yükləyə bilərsiniz