
Bakıda keçirilən kütləvi tədbir zamanı monitor aşıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerində lentə alınmış kadrlar yayılıb.
İddiaya görə, hadisə AYNA-nın Mikromobillik həftəsi çərçivəsində Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində təşkil etdiyi “Avtomobilsiz gün” tədbiri zamanı baş verib.
Məlumata görə, LED ekran insanların dayandığı yerə düşüb və nəticədə bir qadın ağır xəsarət alıb.
Sosial mediada yayılan kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz