Azərbaycanda 15-17 yaşlı qızlar 4-cü dəfə ana olublar


Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda 15–17 yaşlarında olan qadınlar tərəfindən doğulan uşaqların sayı 877 olub.
Yeniavaz.com
-un xəbərinə görə, həmin uşaqlardan 3-ü 15–17 yaşlarında olan anaların 4-cü övladı olub.
Bundan başqa, 8 uşaq 3-cü, 56 uşaq 2-ci, 810 uşaq isə bu anaların ilk övladı olub.
Onu da qeyd edək ki, 15–17 yaşlarında 3-cü və 4-cü dəfə ana olan qadınların hamısı şəhərlərdə yaşayıblar. Şəhərlərdə yaşayan 15–17 yaşlarında analar tərəfindən doğulan uşaqların 30-u, kənd yerlərində yaşayan 15-17 yaşlarında analar tərəfindən doğulan uşaqların isə 26-sı onların 2-ci övladı olub.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top