
Ötən il Azərbaycanda 95 min 875 körpə doğulub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, doğulan körpələrin 0,9%-i və ya 877-si 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilib.
Məlumata görə, 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı son illərdə əhəmiyyətli dərəcədə azalıb.
Belə ki, 2015-ci ildə bu yaş qrupunda olan analar tərəfindən 2 895, 2020-ci ildə 1 917, 2021-ci ildə 1 650, 2022-ci ildə 2 011, 2023-cü ildə 1 742, 2024-cü ildə 1 279, 2025-ci ildə isə 877 uşaq doğulub.
Beləliklə, 2015-ci illə müqayisədə 2025-ci ildə 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2 018 nəfər və ya 69,7% azalıb.
Son 11 ildə 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı belə olub:
2015 – 2 895
2016 – 2 809
2017 – 2 421
2018 – 2 129
2019 – 2 320
2020 – 1 917
2021 – 1 650
2022 – 2 011
2023 – 1 742
2024 – 1 279
2025 – 877
Məlumat üçün bildirək ki, “Ailə Məcəlləsi”nin tələbinə görə, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Bu, həm də o deməkdir ki, son bir il ərzində 877 uşaq qeyri-rəsmi nikah olan analar tərəfindən dünyaya gətirilib.
Azərbaycanda 15-17 yaş həm də məktəb yaşı hesab olunur və bu səbəbdən də 877 körpə həm də məktəbyaşlı qızlar tərəfindən dünyaya gətirilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz