“Bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil” – Açıqlama


“Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Şəkidə istirahət mərkəzində kanatın qırılması nəticəsində 2 nəfərin ölümü ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
“Hadisənin baş verdiyi ərazidəki “zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılıb, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur. Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyil və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil”, - FHN-dən bildirilib.
Qeyd edək ki, ötən gün “Şəki yaylası”nda kanatın qırılması 2 nəfərin ölümünə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top