Şəkidə istirahət mərkəzində kanat qırıldı – 2 nəfər öldü


Bu gün 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.
TƏBİB-dən Yeniavaz.com-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
İlkin məlumata görə, ölüm halı istirahət mərkəzində kanat qırılması nəticəsində baş verib. Nəticədə 2 nəfər yüksəklikdən düşərək həyatını itirib.
Ölənlərin Qax rayon sakini 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top