
Xəbər verdiyimiz kimi, ötən gün Şəki rayonundakı “Şəki Yaylası” istirahət mərkəzində kanat qırılıb və iki nəfər – Qax rayon sakini 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, Ucal Bayramov DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşı olub.
Bu barədə Mərkəz məlumat yayıb.
“Əməkdaşımız Ucal Bayramov Şəkidəki faciəvi qəzada vəfat edib. Gənc həmkarımızın vaxtsız vəfatından kədərləndiyimizi bildirir və doğmalarına dərin hüznlə başsağlığı veririk”, - məlumatda deyilir.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz