Corciya Meloni İlham Əliyevə təşəkkür etdi


İtaliyanın Baş naziri Corciya Meloni Prezident İlham Əliyevə təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, İtaliya hökumətinin rəhbəri bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Meloni Prezident İlham Əliyevə müraciət edərək iki dövlət arasındakı strateji tərəfdaşlığa diqqət çəkib:
“Əziz Prezident Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə təşəkkür edirəm. İtaliya və Azərbaycan illər ərzində ortaq baxış və maraqlara söykənən möhkəm əməkdaşlıq qurublar. Strateji tərəfdaşlığımızı möhkəmləndirmək üçün birlikdə həyata keçirdiyimiz işlərlə fəxr edirəm. Əminəm ki, xalqlarımızın mənafeyi naminə bizi qarşıda yeni mühüm əməkdaşlıq imkanları gözləyir”.
Qeyd edək ki, bundan əvvəl dövlət başçısı C. Meloniyə təbrik ünvanlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top