
Prezident İlham Əliyev İtaliyanın Baş naziri Corciya Melonini İtaliya Respublikası tarixində ən uzun müddət vəzifədə olan Baş nazir olması münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin “X” hesabında məlumat dərc olunub.
“Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının etimadını əks etdirir”, – məlumatda deyilir.
Dövlət başçısı Corciya Meloninin Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirdiyini vurğulayıb.
“Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək”, – məlumatda qeyd olunub.
Tətbiqimizi yükləyə bilərsiniz