Paşinyan Putinin dediklərinə belə reaksiya verdi: “Etiraz etməyəcəyik”


Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Bişkekdə jurnalistlərlə söhbəti zamanı Gümrüdəki Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinə münasibət bildirmiş və Ermənistan tərəfinin belə bir təklifi olarsa, hərbi bazanın dərhal çıxarılacağını demişdi.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan da bu barədə danışıb.
O Bişkekdə Vladimir Putinlə aralarında bu barədə hər hansı dialoqun baş tutmadığını bildirib:
“Bu müddət ərzində biz Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası məsələsini heç vaxt qaldırmamışıq. Bu o demək deyil ki, biz 102-ci hərbi bazanın Ermənistan ərazisində mövcudluğunu həyati zərurət hesab edirik. Əgər Rusiya hərbi bazanı Ermənistan Respublikasından çıxarmaq qərarına gəlsə, biz buna etiraz etməyəcəyik. Amma qalmaq istədiklərini bildirsələr, bunu da müzakirə etməyə hazırıq. Lakin biz bu müddət ərzində heç vaxt bu məsələni qaldırmamışıq”.

DİGƏR XƏBƏRLƏR

Top