
“İrəvan Gümrüdəki Rusiya hərbi bazasının mövcudluğunda maraqlı olmasa, o, sabah Ermənistanda olmayacaq”.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə jurnalistlərlə söhbəti zamanı deyib.
“Əgər Ermənistan Rusiya hərbi bazasına ehtiyac duymadığı qənaətinə gələrsə, sabah oradan çıxacağıq. Bəs Ermənistan buna hazırdırmı? Biz heç kimə heç nəyi zorla qəbul etdirməyəcəyik. Əgər erməni xalqı yanında Rusiya hərbi qanadının olmasını istəyirsə, biz qalacağıq, işləyəcəyik və əməkdaşlıq edəcəyik”, - deyə Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, Moskva Ermənistana öz ordusunun mövcudluğunu zorla qəbul etdirmək niyyətində deyil.
Onun sözlərinə görə, Rusiya bazasının gələcəkdə mövcudluğu ilə bağlı qərar Ermənistan tərəfinin və ölkə vətəndaşlarının mövqeyini nəzərə almalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz