
Xəbər verdiyimiz kimi, Nepalın Çin sərhədinə yaxın ərazidə baş verən irimiqyaslı daşqında yüzlərlə insan ölüb, mindən çox insan isə itkin düşüb.
Yeniavaz.com xəbər verir ki, “Vantor” (məkan kəşfiyyatı, Yer müşahidəsi və əlaqəli proqram təminatı üzrə ixtisaslaşmış Amerika proqram təminatı şirkəti – red.) hadisədən günlər sonra daşqının keçdiyi ərazilərin əvvəlki və sonrakı peyk görüntülərini əks etdirən kadrlar yayıb.
Kadrlarda ən diqqətçəkən məqamlardan biri Çinin Tibet bölgəsindəki Gyironq sərhəd-keçid məntəqəsinin tamamilə torpaq altında qalması olub.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, daha əvvəl sel sularının sözügedən sərhəd-keçid məntəqəsini yerlə bir etməsinin də kadrları sosial mediada yayılmışdı.
Qeyd edək ki, ABŞ Geoloji Xidmətinin (USGS) qiymətləndirməsinə görə, hadisə Himalayda buzlağın qaya və buz kütləsi ilə birlikdə çökməsi və daha sonra dağıntı axınının yaranması nəticəsində meydana gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz