
Nepalın Çin sərhədinə yaxın ərazidə baş verən daşqında ölənlərin sayı artmaqda davam edir.
Yeniavaz.com AP-yə istinadla xəbər verir ki, Nepal polisi hazırda ölənlərin sayının 538-ə çatdığını açıqlayıb.
Çin dövlət televiziyası olan CCTV-nin məlumatına görə, hadisə nəticəsində Çində ölənlərin sayı 5-ə çatıb, 558 nəfərin isə itkin düşdüyü bildirilir .
Telekanalın məlumatına görə, cəlb olunan xilasedicilər viran qalan ərazilərdə palçıq və dağıntıların arasında işləməyə davam edirlər.
Daşqından sağ çıxanlar, o cümlədən yaralılar Katmandu və digər yerlərə aparılıb.
Qeyd edək ki, bölgədə ikinci sel təhlükəsinin yaranması vəziyyəti daha da ağırlaşdırıb və əhali üçün əlavə risk yaradıb.
Xilasetmə işləri davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz