ABŞ-nin ən çox borclu olduğu 20 ölkə – Aralarında Kayman Adaları da var


Xəbər verdiyimiz kimi, ABŞ-nin dövlət borcu 2017-ci ildən bəri 20 trilyon dollardan çox artararq, rekord həddə - 40 trilyon dollara yüksəlib.
Yeniavaz.com
ABŞ Xəzinədarlıq Departamentinin məlumatlarına istinadən xəbər verir ki, bu borcun bir hissəsi xarici ölkələr tərəfindən alınan ABŞ-yə məxsus qiymətli kağızlarından ibarətdir.
ABŞ Xəzinədarlıq Departamentinin 2026-cı ilin iyun ayına olan məlumatına görə, satına alınan qiymətli kağızlara görə ABŞ-nin ən böyük borcu Yaponiyadır. Yaponiya 1,117 trilyon dollar dəyərində ABŞ qiymətli kağızlarına sahibdir.
ABŞ-nin ən çox borclu olduğu 20 ölkə aşağıdakı kimi olub:
Yaponiya – 1,117 trilyon dollar
Birləşmiş Krallıq – 940 milyard dollar
Çin – 633 milyard dollar
Belçika – 483 milyard dollar
Kanada – 460 milyard dollar
Kayman Adaları – 453 milyard dollar
Lüksemburq – 434 milyard dollar
Fransa – 390 milyard dollar
İrlandiya – 354 milyard dollar
Tayvan – 303 milyard dollar
İsveçrə – 285 milyard dollar
Sinqapur – 284 milyard dollar
Honq Konq – 256 milyard dollar
Norveç – 203 milyard dollar
Hindistan – 186 milyard dollar
Braziliya – 168 milyard dollar
Səudiyyə Ərəbistanı – 143 milyard dollar
Cənubi Koreya – 135 milyard dollar
Birləşmiş Ərəb Əmirlikləri – 115 milyard dollar
İsrail – 111 milyard dollar

Məlumat üçün bildirək ki, siyahıda Belçika, Kayman Adaları və Lüksemburq kimi kiçik ölkələrin də yüksək yerlərdə olması diqqət çəkir.
Qeyd edək ki, bu ölkələr beynəlxalq maliyyə mərkəzləri kimi fəaliyyət göstərir. Bu səbəbdən də ehtimal olunur ki, başqa ölkələrin investorları ABŞ qiymətli kağızlarını bu ölkələrdə saxlayırlar.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top